QR Menu, Restoran və Market POS, Anbar (WMS) və Otel idarəetməsi bir sistemdə. İnternet kəsiləndə də işləyir, bağlantı gələndə avtomatik sinxronlaşır.
İstər restoran, istər mağaza, istərsə də rəqəmsal menyu idarə edirsinizsə, QRLA biznesinizin gündəlik proseslərini daha rahat idarə etməyiniz üçün uyğun həll təqdim edir.
Yeni: Anbar POS və Otel resepsiyası internet kəsiləndə də işləyir, bağlantı qayıdanda hər şey avtomatik sinxronlaşır.Menyunuzu rəqəmsallaşdırın, sifarişi sadələşdirin.
Müştəriləriniz QR kodu skan edərək menyuya saniyələr ərzində daxil olsun. Məhsullarınızı, qiymətləri və kampaniyaları asanlıqla yeniləyin və fiziki menyudan asılılığı azaldın.
Masaları idarə edin, ofisiant və mətbəx sifarişlərini sürətləndirin.
Ofisiant paneli, masa statusları, mətbəx printeri və kassa inteqrasiyası ilə xidmət prosesini tam avtomatlaşdırın. Pro Ağıllı Menyu paketinə tam daxildir.
Barkod skaneri, sürətli kassa və avtomatlaşdırılmış anbar uçotu.
Mağaza və marketlər üçün rahat kassa sistemi, tərəzi dəstəyi, real-vaxt stok hesabatları və Z-hesabat çapı ilə itkilərin qarşısını alın.
Anbar, kassa (POS), satıcı paneli, maliyyə və hesabatlar bir sistemdə.
Mədaxil-məxaric qaimələri, alış və satış sifarişləri, partiyalar və son istifadə tarixi, barkodla sayım, anbarlararası transfer, BOM istehsal, POS kassa, telefonla qiymət yoxlama, kontragent borcları, kassa-bank, büdcə, işçi və maaş uçotu, 10 növ hesabat.
Offline rejim. POS internetsiz də satır: satış, qaytarma, Z-hesabat və loqolu çeklər. Bağlantı qayıdanda avtomatik sinxronlaşır.
Rezervasiyadan otaq təmizliyinə qədər bütün otel bir paneldə
Otaqların statusunu canlı izləyin, rezervasiya, giriş və çıxışı bir kliklə edin. Hər otaqdakı QR kod ilə qonaq 4 dildə təmizlik sifarişi verir, problemi bildirir və menyudan otağa sifariş edir. Müraciət dərhal işçinin paneli və Telegram qrupunuza düşür.
Offline rejim. Resepşın internetsiz də işləyir: rezervasiya, giriş-çıxış, ödəniş və otaq statusu. Bağlantı qayıdanda avtomatik sinxronlaşır.
Kassa, ofisiant telefonu, mətbəx printerləri və anbar bir sistemdə
Ofisiant sifarişi telefondan və ya zaldakı PIN-li terminaldan vurur, hər məhsul öz mətbəxinin printerinə çap olunur: kabab kababxanaya, içki bara, salat salat mətbəxinə. Kassir günü açır, hesabı bağlayır, gün sonunda Z hesabatı çıxarır. Hesab bağlananda resept üzrə məhsullar anbardan özü silinir.
Offline rejim. Kassa internetsiz də işləyir: sifariş, mətbəx çeki, ödəniş və günün bağlanması. İnternet qayıdanda hamısı özü serverə göndərilir.
50+ obyekt gündəlik əməliyyatlarını QRLA ilə idarə edir.
Ehtiyacınız qədər istifadə edin, biznesiniz böyüdükcə planınızı genişləndirin.
Müasir, sürətli və vizual rəqəmsal menyu axtaran məkanlar üçün.
Masa sifarişləri, ofisiant çağırışı, Telegram botu və kassa çeki çapı bir arada.
Marketlər, mağazalar və pərakəndə satış məntəqələri üçün tam kassa uçotu.
Anbar, kassa, satıcı paneli, maliyyə və hesabatlar üçün tam sistem.
2 anbar üçün. Əlavə hər anbar +10.00 ₼/ay.
3 gün pulsuz sınaq
Bir restoran üçün tam gündəlik idarəetmə.
Şəbəkə restoranları üçün bütün idarəetmə imkanları və filiallar.
3 gün pulsuz sınaq