WMS & Loqistika Həlli

Müasir Anbar İdarəetmə və Stok Uçotu Sistemi

Mədaxil və məxaric qaimələri, partiyalar (Lot), son istifadə tarixi, barkodla sayım, anbarlararası transfer, POS kassa, telefonla qiymət yoxlama və 10 hesabat bir platformada.

Çoxsaylı Anbar və Filiallar
Barkod & Lot/Partiya Uçotu
Telefonla Barkod Yoxlama
POS Satış Kassası
Çoxsaylı anbar Filial transferi LOT nəzarəti
Anbar WMS
Nümunə stok lövhəsi Aktiv
3 aktiv anbar
24 gözləyən qaimə
98% stok görünürlüyü
Tam Funksional İdarəetmə

Anbarınız Üçün Nələr Təqdim Edirik?

Xammalın və hazır məhsulun anbara daxil olmasından satış və transfer mərhələsinə qədər bütün addımlar tam nəzarətinizdə.

Mədaxil & Məxaric Qaimələri

Təchizatçıdan mal qəbulu və müştəriyə satış qaimələri barkod skaneri ilə, alış (PO) və satış (SO) sifarişləri, elektron fakturalar.

Partiyalar (Lot) & Son İstifadə Tarixi

Məhsulların partiya kodları ilə izlənməsi, vaxtı bitməyə yaxın olan mallar üçün avtomatik xəbərdarlıqlar.

Çoxsaylı Anbarlar & Canlı Transfer

Mərkəzi anbar və filiallar arasında transfer, hər anbarın qalığı ayrıca, yuxarı paneldən bir kliklə anbar seçimi.

Kontragentlər & Təchizatçılar

Təchizatçılar və müştərilər üzrə borc hesabatları, ödəniş tarixləri və debitor/kreditor balansı.

Dəqiq Hesabatlar & ABC Analizi

Satış, alış, stok, borclar, ABC analizi, mənfəət, pul axını, ƏDV, borc yaşlanması və mənfəət marjası: istənilən tarix aralığı üçün.

Rollar, İcazələr & Ehtiyat Nüsxəsi

Anbardar, Satıcı, Mühasib və öz yaratdığınız rollar üçün bölmə-bölmə icazələr, bir kliklə bulud ehtiyat nüsxəsi və bərpa.

Sayım & İnventarizasiya

Rəflərdəki malları barkodla sayın, sistem artıq və əskik qalıqları özü hesablayıb düzəldir.

İstehsal Reseptləri (BOM)

Hazır məhsulun hansı xammaldan hazırlandığını qeyd edin, istehsal zamanı xammal anbardan avtomatik silinsin.

Minimum Qalıq & Sifariş Təklifi

Qalığı kritik həddən aşağı düşən mallar üçün xəbərdarlıq və nə qədər sifariş etməli olduğunuz barədə hazır təklif.

Kassa, Bank & Büdcə

Kassa və bank ödənişləri, təchizatçı və müştəri borcları, aylıq gəlir-xərc büdcəsi və icrası.

Çoxvalyutalı Uçot & E-Faktura

USD, EUR, TRY, RUB və digər valyutalarla alış-satış, AZN-ə avtomatik çevirmə və elektron fakturalar.

İşçilər & Maaş Uçotu

İşçi heyəti, vəzifələr, cərimələr və aylıq maaş ödənişləri, işdən çıxma və geri qayıtma tarixçəsi.

Satıcı Paneli (Telefon)

Satıcı telefon kamerası ilə barkodu oxudur, məhsulun adını, satış qiymətini və anbar qalığını dərhal görür. Panel telefona tətbiq kimi quraşdırılır.

Stok Qalıqları & Hərəkətlər

Hər anbar üzrə canlı qalıqlar, maya dəyəri ilə stok dəyəri və hər malın bütün giriş-çıxış tarixçəsi.

Məhsul Kataloqu

Kateqoriyalar, ölçü vahidləri, barkod və SKU, şəkil, alış və satış qiyməti, minimum qalıq həddi.

Canlı İdarə Paneli

Aylıq satış və alış, son 14 günün satış trendi, kritik stok, anbarlar üzrə qalıq, təchizatçı borcu və müştəri alacağı bir ekranda.

Çek Tənzimləmələri

Çek başlığı və sonluğu, loqo, telefon, ünvan, kağız eni (58 / 80 mm), yazı ölçüsü və hər anbar üçün ayrıca çek mətni.

Dəstək, 3 Dil & Gecə Rejimi

Panel içindən dəstək müraciəti göndərin. Panel Azərbaycan, rus və ingilis dillərində, gecə və gündüz rejimində işləyir.

HESABATLAR

10 hazır hesabat

Hər hesabat istənilən tarix aralığı üzrə açılır, nəticələr cədvəl şəklində göstərilir.

Satış
Alış
Stok
Borclar
ABC analizi
Mənfəət
Pul axını
ƏDV
Borc yaşlanması
Mənfəət marjası
YENİ: POS SATIŞ SİSTEMİ

Mağazanız üçün Sürətli Kassa (POS)

Anbar sisteminə qoşulmuş POS ilə satışı birbaşa kassadan edin. Satılan mal anbardan avtomatik silinir, qaytarılan mal isə yenidən anbara qayıdır. Ayrıca proqram və ya əlavə ödəniş lazım deyil.

  • Barkod skaneri ilə saniyələr içində satış
  • Nağd və Kart ilə ödəniş
  • 58 və ya 80 mm termal printerdə çek çapı, çapdan əvvəl önizləmə
  • Məhsul qaytarma: mal avtomatik anbara qayıdır
  • Səbəti gözləməyə qoyub sonra davam etmək
  • Klaviatura qısayolları ilə sürətli iş (F4, F5, F6, Enter, Delete)
  • Satış və qaytarma tarixçəsi, çeki yenidən çap etmək
  • Hər anbar üçün ayrıca çek mətni, hər satıcıya ayrıca giriş

Windows üçün POS proqramı

Brauzerdən və ya Windows proqramından istifadə edin. Proqram yalnız kassa ekranını açır və çeki birbaşa printerə göndərir.

Yeni: Offline rejim

Offline rejim və avtomatik sinxronizasiya

İnternet kəsiləndə Anbar POS işini dayandırmır. Kassa satmağa davam edir, bağlantı qayıdanda bütün əməliyyatlar özü serverə göndərilir.

Satış və qaytarma

İnternet olmadan barkodla satış edin və qaytarmaları rəsmiləşdirin.

Endirim qrupları

Müştərilərin endirim qrupları offline rejimdə də tətbiq olunur.

Günün açılışı və bağlanışı

Kassa gününü internetsiz açın və bağlayın.

Z-hesabat

Gün sonu Z-hesabatı offline rejimdə də çıxarılır.

Loqolu çeklər

Çeklər internet olmadan da sizin loqonuzla çap olunur.

Avtomatik sinxronizasiya

Bağlantı qayıdanda bütün əməliyyatlar özü serverə göndərilir, təkrar qeyd yaranmır.

Hesabatlar, ayarlar və bu kimi bölmələr yalnız internetlə işləyir.

HƏR CİHAZDA

Kompüterdə, kassada və telefonda eyni sistem

Bütün cihazlar eyni bulud məlumatları ilə işləyir: kassada satılan mal anbar qalığından dərhal düşür.

Brauzer

Heç nə quraşdırmadan kompüter və ya planşetdən daxil olun. Məlumatlar buludda saxlanılır.

Windows proqramları

Anbar proqramı və ayrıca POS kassa proqramı. Kassa proqramı çeki birbaşa printerə göndərir.

Telefon: Satıcı Paneli

iPhone və Android-də kamera ilə barkod oxuma, qiymət və qalıq yoxlama, telefonun ana ekranına quraşdırma.

SƏRFƏLİ VƏ ŞƏFFAF QİYMƏT

Biznesiniz üçün Vahid Tarif

Bütün modullar bir paketdədir. Qiymət aylıqdır, uzun paketlərdə endirim var.

Vahid Professional Həll

Anbar İdarəetmə Sistemi (WMS)

Anbar, kassa, satıcı paneli, maliyyə və hesabatlar üçün tam sistem.

₼ 50.00 /Aylıq
2 fiziki anbar daxildir, sonrakı hər anbar +10.00 ₼/ay
İlk 100 məhsulu bazanıza biz pulsuz daxil edirik, sonrakı hər 100 məhsul üçün 20 ₼. Və ya istədiyiniz qədər məhsulu özünüz limitsiz və pulsuz əlavə edə bilərsiniz.
3 gün pulsuz sınaq
  • Çoxsaylı anbarlar, canlı qalıqlar və anbarlararası transfer
  • Barkodla mədaxil-məxaric qaimələri, alış və satış sifarişləri
  • Partiyalar (Lot), son istifadə tarixi və minimum qalıq xəbərdarlığı
  • Barkodla sayım (inventarizasiya) və BOM istehsal reseptləri
  • POS satış kassası: barkodla satış, çek çapı, Nağd/Kart, qaytarma
  • Satıcı paneli: telefon kamerası ilə qiymət və qalıq yoxlama
  • Kontragentlər, ödənişlər, kassa-bank, büdcə və çoxvalyutalı uçot
  • 10 hesabat: satış, mənfəət, pul axını, ƏDV, ABC və digərləri
  • İşçilər və maaş, istifadəçilər, rollar və icazələr
  • Bulud ehtiyat nüsxəsi, Windows proqramları və dəstək xidməti

Paket qiymətləri

2 anbar üçün. Əlavə hər anbar +10.00 ₼/ay.

1 ay
₼ 50.00
3 ay
aylıq 50.00 ₼
₼ 150.00
6 ay -5%
aylıq 47.50 ₼
₼ 300.00
₼ 285.00
12 ay -15%
aylıq 42.50 ₼
₼ 600.00
₼ 510.00
BÜTÜN FUNKSİYALAR DAXİLDİR

Anbarınızı Rəqəmsallaşdırın və İtkilərə Son Qoyun

Stok itkilərinin, vaxtı keçmiş məhsulların və sayım xətalarının qarşısını almaq üçün bizimlə dərhal əlaqə saxlayın.