Otaqların statusunu canlı izləyin, rezervasiya, giriş və çıxışı bir kliklə edin. Hər otaqdakı QR kod ilə qonaq 4 dildə təmizlik sifarişi verir, problemi bildirir və menyudan otağa sifariş edir. Müraciət dərhal işçinin paneli və Telegram qrupunuza düşür.
Rezervasiyadan otaq təmizliyinə qədər bütün otel bir paneldə
Bütün otaqlar bir ekranda: Boş, Dolu, Rezerv, Təmizlik, Təmirdə, Xidmətdən kənar. Mərtəbə və statusa görə süzgəc.
Boş otaqları tarixə görə tapın, bir kliklə giriş və çıxış edin. Çıxış vaxtı keçəndə çıxış avtomatik olur.
Şəxsiyyət vəsiqəsi, pasport, əlaqə məlumatları və hər qonağın qalma tarixçəsi.
Qonaq QR-ı oxudur və 4 dildə öz otağının panelinə düşür: təmizlik, texniki problem, qeydiyyatçı, menyu.
Müraciət işçinin panelinə və Telegram qrupuna düşür. İşçi qəbul edir, bitirəndə "Təmizləndi" işarələyir.
Otaq sifarişləri qonağın hesabına yazılır, 80 mm termal çek, doluluq və gəlir hesabatları.
Qonaq otaqdakı QR kodu oxudur
Təmizlik, problem və ya sifariş seçir
İşçi səsli bildiriş və Telegram mesajı alır
İş görülür, otaq statusu özü yenilənir
İnternet kəsiləndə Resepşın işini dayandırmır. Qonaqları qəbul etməyə davam edirsiniz, bağlantı qayıdanda bütün dəyişikliklər özü serverə göndərilir.
Yeni rezervasiya yaradın və rezervsiz gələn qonağı birbaşa yerləşdirin.
Check-in və check-out edin, qəbzi çap edin.
Ödənişləri və əlavə xidmətləri qonağın hesabına yazın.
Otaqların statusunu internetsiz də dəyişin.
İdarə paneli, otaqlar, təqvim, rezervasiyalar, qonaqlar və açıq rezervasiya kartları arxa planda avtomatik saxlanılır, internetsiz də baxa bilərsiniz.
Bağlantı qayıdanda bütün dəyişikliklər özü serverə göndərilir, təkrar qeyd yaranmır.
Hesabatlar, ayarlar və bu kimi bölmələr yalnız internetlə işləyir.
Sadə ilə başlayın, ehtiyac yarandıqca Standart və ya Pro paketə keçin.
3 gün pulsuz sınaq