Ofisiant sifarişi telefondan və ya zaldakı PIN-li terminaldan vurur, hər məhsul öz mətbəxinin printerinə çap olunur: kabab kababxanaya, içki bara, salat salat mətbəxinə. Kassir günü açır, hesabı bağlayır, gün sonunda Z hesabatı çıxarır. Hesab bağlananda resept üzrə məhsullar anbardan özü silinir.
Kassa, ofisiant telefonu, mətbəx printerləri və anbar bir sistemdə
Masalar zallar üzrə, bir masada bir hesab. Hesab çeki, nağd, kart və qarışıq ödəniş, 80 mm çek. Windows proqramı kimi tam ekranda işləyir.
Ofisiant sifarişi öz telefonundan vurur, mətbəxə göndərir. İkinci ofisiant eyni masaya əlavə edəndə məhsullar həmin hesaba yazılır.
Zalda bir ortaq ekran: ofisiant 4 rəqəmli PIN-ini yazır, kassa onun adı ilə açılır. Sifarişdən sonra ekran özü kilidlənir.
Hər mətbəxin öz IP printeri var: kabab kababxanaya, içki bara, salat salat mətbəxinə çap olunur. Ləğv edilən məhsul da mətbəxə çıxır.
Ədəd, kq və qramla anbar. Hər yeməyin resepti var: hesab bağlananda istifadə olunan məhsullar anbardan özü silinir.
Kassir günü açır və bağlayır. Z hesabatında nağd, kart, xidmət haqqı, silinmələr və kassadakı pul fərqi.
Bir məhsulun bir neçə variantı: Yarım / Tam porsiya, 100 qr / 150 qr, 0.3 L. Hər variantın öz qiyməti.
Sahib, administrator, kassir, ofisiant. Hər rolun nə edə biləcəyini sahib özü seçir.
Ayarlardan ofisiant xidmət haqqını açın: faiz hər hesaba əlavə olunur, çekdə və Z hesabatında ayrıca görünür.
Ofisiant masanı seçib məhsulları vurur
"Mətbəxə göndər" basır
Hər mətbəxin printeri yalnız öz məhsullarını çap edir
Kassir hesabı bağlayır, anbar özü azalır
Kassa internetsiz də sifariş qəbul edir, mətbəx çeklərini çap edir və hesabı bağlayır. Bağlantı qayıdanda hər şey özü serverə göndərilir, heç nə iki dəfə yazılmır.
Masaya məhsul vurun, hesabı nağd və ya kartla bağlayın, çeki çap edin.
Kassada vurulan sifarişlər birbaşa mətbəx printerlərinə çıxır.
Gün internetsiz də açılır və bağlanır, Z hesabatı internet gələndə hazırlanır.
Bütün əməliyyatlar növbəyə yazılır və internet qayıdanda özü göndərilir.
Hər əməliyyatın öz kodu var: bir hesab iki dəfə bağlanmır, mətbəx çeki iki dəfə çıxmır.
Windows proqramı kompüter açılanda özü başlayır, pəncərə bağlansa da mətbəx çapı davam edir.
İnternet olmayanda ofisiant telefonu restoranın Wi-Fi-ına qoşub kassa ekranındakı ünvanı açır və PIN kodu ilə sifariş vurur: sifariş birbaşa kassaya gəlir və mətbəxə çap olunur. Kassa proqramı bir dəfə internetlə açılmış olmalıdır.
Sadə plan bir restoranın gündəlik idarəetməsi üçündür; Pro plan şəbəkələr üçün filial idarəetməsini əlavə edir. Uzun müddətli paketlərdə endirim var.
Bir restoran üçün tam gündəlik idarəetmə.
Şəbəkə restoranları üçün bütün idarəetmə imkanları və filiallar.
3 gün pulsuz sınaq